Ölkə

İradə Xəlilova məhkəməyə gəlmədi - Qızının qızıllarını ələ keçirənə hökm oxundu

11 Dekabr 2025 14:38
Baxış: 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəzər Universitetinin sabiq rektoru İradə Xəlilovanın qızının 57 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Mikayıl Əliyevin məhkəmə araşdırması başa çatıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mikayıl Əliyev 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Mikayılın cinayət məsuliyyətinə cəlb edilməsi üçün ilkin ərizə sabiq rektor İradə Xəlilova tərəfindən verilsə də, o, məhkəmə iclaslarına gəlməyib. Hakim Aygün Qurbanova tərəflərin razılığı ilə onun polis idarəsində müstəntiqə verdiyi ifadəsini elan edib.

Qeyd edək ki, zərərçəkmiş Aygün Xəlilova ilə Mikayılın yaxın tanışlıq münasibəti olub. Aygün onun bir sıra şəxslərə borclu olduğuna və borcu ödəmədiyi təqdirdə həbs olunacağına inanıb. Bu səbəbdən qaytarmaq şərti ilə ümumilikdə 57 min 600 manat dəyərində qızıl-zinət əşyalarını-o cümlədən 30 min manatlıq "Van Cleef & Arpels" markalı bir cüt sırğanı və digər qızılları lombarda qoyaraq pul götürməsi üçün ona verib. Lakin Mikayıl həmin qızılları geri qaytarmayaraq rektorun qızına qarşı dələduzluq edib. Aygün və anasının şikayətindən sonra Mikayıl həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.