Ölkə

Onların da məzuniyyəti 46 gün olacaq

11 Dekabr 2025 15:15
Baxış: 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin siyahısında dəyişiklik ediləcək.

Milli.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, aşağıdakı işçilərə 46 təqvim günündən az olmayaraq məzuniyyət veriləcək:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə;

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə;

Döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə;

Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş işçilərə.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.