Ukrayna ilk dəfə Rusiyanın Xəzər dənizindəki neft infrastrukturuna zərbə endirib.
Milli.Az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinə məxsus dronlar Lukoil-Nijnevoljskneft şirkətinin "Filanovski" neft platformasını hədəfə alıb.
Bu hücum Ukraynanın Xəzər dənizindəki Rusiya enerji infrastrukturuna ilk zərbəsi kimi qiymətləndirilir. Mənbələrin məlumatına əsasən, platforma ardıcıl ən azı dörd dəqiq zərbə alıb.
Zərbələr nəticəsində platformanın fəaliyyəti dərhal dayandırılıb, xidmət etdiyi 20-dən çox quyuda neft və qaz hasilatı kəsilib.
Qeyd edək ki, "Filanovski" yatağı Xəzərin Rusiya sektorunda aşkarlanmış ən böyük yataqlardan biri sayılır. Onun ehtiyatlarının 129 milyon ton neft və 30 milyard kubmetr qaz təşkil etdiyi bildirilir. Burada hasil olunan enerji resursları Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə xarici bazarlara ixrac olunur.
Fidan
Milli.Az





