Dünya

Tehranda 3 aksiya iştirakçısı barədə ölüm hökmü çıxarıldı

17 Noyabr 2022 10:57
Baxış: 1 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tehran İnqilab Məhkəməsi 3 aksiya iştirakçısı barədə ölüm hökmü çıxarıb. Bu barədə İran Məhkəmə Sisteminə bağlı media orqanları məlumat yayıb.

Milli.Az bildirir ki, İranın "hamshahrionline" xəbər saytının verdiyi məlumatda Tehran İnqilab Məhkəməsinin noyabrın 16-da İranda aksiyalarda iştirak edən 3 şəxsə ölüm hökmü çıxarıldığı qeyd edilib.

Bildirilib ki, şəxslərdən biri İranda ictimai asayişi və qeyri-sabitliyi pozmaqda, o cümlədən insanlara və dövlət əmlakına ziyan vurduğu üçün "müharibə"də ittiham olunub.

Digəri Pakdəşt şəhərində polis postunun yandırılması və dövlət əmlakının dağıdılmasında təqsirli bilindiyi üçün "yer üzündə fəsad yaymaq"da, üçüncü şəxs isə dövlət əmlakına ziyan vurduğu, iğtişaşlarda aparıcı rol oynadığı və bir məmurun yaralanmasına səbəb olduğu üçün "müharibə"də ittiham olunub.

Qeyd edək ki, bundan əvvəl İran parlamentinin 227 üzvü parlamentin açıq oturumunda oxunan bəyanatda ölüm cəzasına məhkum edilən etirazçıların dərhal edam edilməsini tələb etmişdi. 

Bu tələbdən sonra İslam Respublikası Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Möhsüni Ejei də bunun ən qısa zamanda həyata keçiriləcəyini demişdi.

İran hökumətinin etirazçılara qarşı edam cəzası çıxarması beynəlxalq ictimaiyyət, aparıcı qərb dövlətləri və insan haqları təşkilatları tərəfindən sərt reaksiya ilə qarşılaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.