Dünya

İstanbulda partlayış olub, xəsarət alanlar var

16 Noyabr 2022 23:41
Baxış: 1 315
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çərşənbə günü Türkiyənin şimal-qərbində, İstanbul şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb.

Milli.Az "report"a istinadən bildirir ki, "Cumhuriyet" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Fatih rayonunda saat 21:00 radələrində baş verib. Partlayışın ilkin səbəbinin qaz sızması olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları və tibb işçiləri göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.