Dünya

Alimlər Marsda eyni vaxtda iki qütb parıltısı qeydə alıblar

16 Noyabr 2022 19:56
Baxış: 826
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

MAVEN orbital aparatı Marsda eyni vaxtda iki növ qütb parıltısı qeydə alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təbiət hadisəsi günəş küləyinin yüklü hissəciklərinin təsiri altında atmosferin yuxarı təbəqələrinin işıqlandırılması nəticəsində baş verib. O, Yerdə olduğu kimi, digər planetlərdə də qeydə alınır.

NASA-nın MAVEN-1 aparatının qeydə aldığı son qütb parıltısı cihazın bütün 8 illik fəaliyyəti ərzində ən parlaq parıltı olub. O, avqustun 27-də Günəşdə müşahidə olunan partlayış nəticəsində yaranıb.

Məhz bu partlayış nəticəsində eyni vaxtda iki növ parıltı meydana çıxıb. Birinci növ Marsın gündüz tərəfində müşahidə edilən proton axını olub. Eyni zamanda, planetin gecə tərəfində diffuz qütb parıltısı əmələ gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.