Dünya

Pələng 9 yaşlı qızı nənəsinin gözü qarşısında parçaladı

15 Noyabr 2022 19:51
Baxış: 1 150
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Madhya Pradeş ştatının Şahdol şəhəri yaxınlığında pələng doqquz yaşlı qızı nənəsinin gözü qarşısında düyü tarlasından qaçıraraq parçalayıb.

Milli.Az bildirir ki, bu barədə Hindustan Times məlumat yayıb.

Doqquz yaşlı Punam Qond nənəsi və bacıları ilə tarlada düyü yığıb. Birdən pələng uşağa hücum edib. Qızın nənəsi Terasiya Qond hücumun gündüz baş verdiyini deyib. "Mən Punamın qışqırdığını eşitdim və onun əlini oraqla kəsdiyini düşündüm. Dönüb baxdım ki, pələng onu tarlada sürüyür. Mən köməyə çağırmağa başladım, kəndlilər qaçaraq qızı xilas etməyə çalışsalar da, pələng onu tutub meşəyə aparıb və orada öldürüb".

Daha sonra yerli sakinlər və səlahiyyətlilər qızın cəsədini meşədə tapıblar. Hazırda meşə təsərrüfatının əməkdaşları pələngin hərəkətini izləməyə başlamaq üçün onu tapmağa çalışırlar. Rayon meşəbəyi Qaurav Çaudhari də bildirib ki, Bandhavqarh qoruğundan üç və ya dörd pələng meşə təsərrüfatına daxil olsa da, bu, regionda insan-vəhşi təbiət münaqişəsinin ilk hadisəsidir.

Meşə təsərrüfatının nümayəndələri bildiriblər ki, mərhumun ailəsinə 400 min rupi (5 min dollara yaxın) məbləğində təzminat ödəniləcək.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.