Dünya

Xerson vilayətində 4 yeni hərbi administrasiya yaradılıb

9 Noyabr 2022 22:22
Baxış: 926
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Rusiya ordusunun Xersonu döyüşsüz tərk etməsinə dair əlamətləri görmür.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Mixail Podolyak bildirib.

Podolyak qeyd edib ki, Rusiya ordusunun böyük hissəsi Dneprin sol sahilində qalıb və əraziyə əlavə qüvvələr cəlb edilir. Ukrayna dövləti bəyanatlara deyil, öz kəşfiyyatına inanır.

Bu arada, Ukrayna Prezidenti Voldimnir Zelenski Xerson vilayətinin yaşayış məntəqələrində 4 hərbi administrasiya yaratmaq barədə fərman imzalayıb. Baş qərargaha sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.