Dünya

Türkiyədə zəlzələ canlı yayıma çıxan sosial şəbəkə istifadəçilərinə şok yaşatdı - VİDEO

5 Noyabr 2022 13:16
Baxış: 1 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə Türkiyənin İzmir şəhərində baş verən zəlzələ sosial şəbəkə istifadəçilərinin canlı yayımına düşüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yeraltı təkanlar sosial şəbəkə vasitəsi ilə canlı yayıma çıxan internet istifadəçilərinə qorxulu anlar yaşadıb.

Qeyd edək ki, zəlzələnin episentri Egey dənizində olub. İzmir şəhərində zəlzələ 4,9 bal gücündə qeydə alınıb. Zəlzələ nəticəsində 64 nəfər zərər çəkib, xəsarət alan yeddi nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Məlumatda bildirilib ki, onların yaralanmasına səbəb yeraltı təkanlar zamanı həyəcanlanaraq özlərini binadan atmaları olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.