Avropa Birliyi (AB) artıq 2022-ci ildə Ukraynaya 22 milyard avro - hərbi yardım üçün 3 milyard, humanitar, maliyyə və iqtisadi yardım üçün 19 milyard avro - xərcləyib. Bu məbləğə AB-yə üzv dövlətlərdən birbaşa silah tədarükü daxil deyil.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
Eyni zamanda o, Kiyevə yardımın daha da artırılmasının lazım olduğunu vurğulayıb.
Milli.Az