Konte: “Qarabağ”a qarşı diqqətli olmalıyıq”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ"la görüş tam fərqli olacaq".
Milli.Az xəbər verir ki, bu sözləri İtaliyanın "Napoli" komandasının baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda evdə "Qarabağ"la keçiriləcək oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis "Qarabağ"ı UEFA Çempionlar Lqiasının sürpriz komandası adlandırıb: "Qarabağ" turnirin ən maraqlı və gözlənilməz komandalarından biridir. Onlar "Benfika" və "Çelsi" kimi klublarla matçlarda xal qazanıblar. Bu, rəqibin gücündən xəbər verir. Komandada bir-birinə yaxşı uyğunlaşmış, keyfiyyətli legionerlər və taktiki baxımdan nizamlı futbolçular var. Belə komandaya qarşı oynamaq bizdən böyük enerji, maksimum diqqət və intizam tələb edir".
"Napoli"nin A Seriyasının son turunda "Atalanta" üzərində qazandığı qələbəyə də münasibət bildirən Antonio Konte artıq bütün diqqətin "Qarabağ"la matça yönəldiyini bildirib: "Atalanta"ya qalib gəlmək bizə həm fiziki, həm də psixoloji baxımdan müsbət təsir etdi. Amma artıq bu oyun keçmişdə qalıb. "Qarabağ"la görüş tam fərqli olacaq. Biz bu matça ciddi yanaşırıq. Yaxşı bilirik ki, UEFA Çempionlar Liqasında asan oyun olmur".
Qeyd edək ki, sabah "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır
-
Bolqarıstanda prezident seçkiləri davam edir
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
-
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
-
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
-
Göygöldə ağır qəza - Yaralananlar var
-
Tramp Zelenskini G20 sammitinə dəvət edəcək
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır





