Ölkə

Nərimanovdakı partlayışda yaralanan şəxs: "Hamı töküldü üstümə, məni qan aparırdı" - FOTO

24 Noyabr 2025 23:40
Baxış: 81
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yoldan keçirdim. Binada partlayış baş verdi, üç-dörd metr aralıya düşdüm. Şüşələr üstümə töküldü, bir neçə dəqiqə sonra ayılanda məni qan aparırdı".

Milli.Az xəbər verir ki, bunu paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində beşmərtəbəli binada baş verən partlayışda xəsarət alan şəxs deyib. Yaralının sözlərinə görə, təcili tibbi yardım briqadası onu dərhal xəstəxanaya çatdırıb:

"Kliniki Tibbi Mərkəzdə qolumu gipsə saldılar, başıma bir neçə tikiş qoyuldu. Yanımda, təxminən, 19 yaşında olan qız var idi. O, heç nə danışmırdı, uzanmışdı. Digər yaralının - oğlanın vəziyyəti pis idi, ancaq qışqırırdı". (baku.tv)

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.