İdman

Qurban Qurbanov: "Napoli" "Qarabağ"la oyuna çox ciddi hazırlaşır"

24 Noyabr 2025 23:21
Baxış: 100
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "Napoli" klubu "Qarabağ"la oyuna ciddi hazırlaşır.

Milli.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Napoli"yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Mütəxəssis böyük tarixə malik komandaya qarşı mübarizə aparacaqlarını söyləyib:

"Rəqib komandanın çalışdırıcısı Antonio Konte çox böyük məşqçidir. Mübarizə aparacağımız komanda çox təcrübəlidir. Bu matç bizim üçün çox vacibdir. "Napoli" Çempionlar Liqasının turnir cədvəlində öz mövqeyini yaxşılaşdırmağa çalışacaq. Bizimlə oyuna çox ciddi hazırlaşır. Rəqib komandanın baş məşqçisi hər oyuna diqqətli yanaşır. Onu çox yaxşı tanıyıram və salamlarımı çatdırmaq istəyirəm. Matça pis hazırlaşmamışıq. İstəyirik ki, sona qədər layiqli mübarizə aparaq".

Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Stadio Diego Armando Maradona" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.