Dünya

Biznes klass sərnişini stüardessaları tələbi ilə təəccübləndirdi

26 Oktyabr 2022 06:22
Baxış: 1 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biznes klass sərnişini uçuşun doqquz saatı ərzində stüardessalara ona baxmağı qadağan edib və aqressiv və hörmətsiz davranışı ilə reysin gedişini pozub.

Milli.Az bildirir ki, bu barədə "Daily Mail" yazıb.

36 yaşlı Daniele De Matos Havay Hava Yollarına məxsus təyyarə ilə Sidneydən Havay adalarına uçub. Səhvən stüardessalar əvvəlcə adamı biznesə yox, ekonom klassa yerləşdiriblər ki, bu da De Matosdan stüardessaların ünvanına təhqiramiz sözlərə səbəb olub. Sonradan sərnişin bir müddət sakitləşib.

Layner uçuşa hazırlaşdığı üçün stüardessalardan biri De Matosdan spirtli içkini alıb. Uçuş zamanı təhlükəsizlik qaydalarının nümayişi zamanı sərnişininhəmin qıza yuxarıdan aşağı baxmağa başlaması aviaşirkətin əməkdaşını qorxuya salıb. Sonra sərnişin stüardessalara bütün uçuş boyu onunla əlaqə saxlamağı qadağan edib - ekipaj üzvləri isə bu cür davranışı yolverilməz və təhlükə hesab ediblər.

Təyyarənin kapitanı hava gəmisini De Matosun uçuşdan uzaqlaşdırıldığı terminala qaytarıb. Kişi təhqiredici və xuliqan davranışda günahını etiraf edib, o, 600 dollar cərimə edilib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.