Dünya

İstanbulda polislər silahlı hücuma məruz qaldı

23 Oktyabr 2022 23:47
Baxış: 853
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İstanbul şəhərində polis əməkdaşları silahlı hücuma məruz qalıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, hadisə Silivri rayonunda polis əməkdaşlarının başqa bir hadisənin təhqiqatı ilə məşğul olan zaman baş verib.

Məlumata əsasən, açılan atəş nəticəsində bir nəfər yaralanıb. Polis əməkdaşları iki şübhəli bilinən şəxsi zərərsizləşdirərək saxlayıblar.

Yaralanan şəxs Silivri Dövlət Xəstəxanasında yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.