Dünya

Qız yemək sifariş etdi və az qala həyatını itirəcəkdi

21 Oktyabr 2022 20:28
Baxış: 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya sakini Yaponiya restoranından yemək çatdırılması sifariş edib və kəskin allergik reaksiyaya görə az qala həyatını itirəcəkdi.

Milli.Az bildirir ki, o, bu barədə Metro-ya danışıb.

Kira Klarkın iki yaşı olanda onun qardaşlarından birinin qoz-fındıqlara qarşı allergik reaksiyası olub. Bundan sonra valideynlər onu da allerqoloqa göstərmək qərarına gəliblər. Mütəxəssis qıza oral allergiya sindromu diaqnozu qoyub və xəbərdarlıq edib ki, o da müxtəlif meyvə, tərəvəz, qoz-fındıq və ədviyyatlar yeyən zaman allergik reaksiya verə bilər.

Kira uşaq olarkən anası onun pəhrizinə riayət edib. Zaman keçdikcə qız təhlükəli ola biləcək məhsulları müstəqil şəkildə ayırmağı öyrənib və onlardan qaçmağa çalışıb. Ancaq bəzən ehtiyat tədbirləri kömək etməyib, çünki restoranlar həmişə allergiyaya səbəb olan maddələr barədə xəbərdarlıq etməyiblər.

Bir gün Kira yapon restoranından çatdırılma sifariş edib. Toyuq əti yedikdən sonra o, allergiya tutması səbəbindən nəfəs almaqda çətinlik çəkdiyini anlayıb. Qız dərhal antihistamin qəbul edib və təcili yardım çağırıb. Gələn tibb işçiləri yaralıya lazımi köməklik göstərə biliblər.

Kira toyuqun fıstıq yağında qızardıldığından şübhələnib, baxmayaraq ki, bu barədə məhsulun təsvirində qeyd olunmayıb. Bu cür qeyri-dəqiqliklər ölümlə nəticələnə bilər.

"Bəzən allergiyanız varsa, restoranlar sizə xidmət göstərməkdən imtina edirlər, çünki onlar məhkəməyə məruz qalmaq riski istəmirlər. Bir dəfə hətta hamburger restoranında məni rədd etdilər, bunu gülünc hesab etdim. Bu, tamamilə alçaldıcı bir təcrübə idi", - deyə Klark şikayət edib.

Qız mütəmadi olaraq müayinələrdən keçir və testlərdən keçir, çünki allergiya dəyişkəndir və zaman keçdikcə bədən əvvəllər narahatlığa səbəb olmayan məhsullara reaksiya verməyə başlaya bilər.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.