Dünya

Sürücü taksisində yuxuya gedən sərnişini zorladı

21 Oktyabr 2022 20:04
Baxış: 5 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada taksi sürücüsü yatmış sərnişinə təcəvüz edib.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

"2022-ci il oktyabrın 10-na keçən gecə taksi fəaliyyəti ilə məşğul olan təqsirləndirilən şəxs Akademik Korolyov küçəsində dayanmış avtomobilin salonunda olarkən 1986-cı il təvəllüdlü sərnişinin yatmasından istifadə edərək, arxa oturacaqda oturaraq ona qarşı cinsi hərəkətlər edib, həmçinin zorlamağa cəhd edib", - məlumatda deyilir.

İstintaq Komitəsinin məlumatına görə, zərərçəkmiş taksi sürücüsünə fəal şəkildə müqavimət göstərib və avtomobili tərk edə bilib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 131-ci maddəsinin 1-ci hissəsi ("Zorlamaya cəhd") və 132-ci maddəsinin 1-ci hissəsi ("Seksual xarakterli digər zorakılıq hərəkətləri") ilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxs həbs edilib, istintaq davam edir.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.