Dünya

Van der Bellen yenidən Avstriya Prezidenti seçilib

17 Oktyabr 2022 21:14
Baxış: 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstriyanın hazırkı Prezidenti Aleksandr Van der Bellen 56,7% səslə yenidən prezident seçkilərində qalib gəlib.

Milli.Az "report"a istinadən bildirir ki, bunu ölkənin Daxili İşlər Nazirliyinin açıqladığı rəsmi nəticələr göstərir.

O, 4 milyondan çox etibarlı səsdən demək olar ki, 2,3 milyonunu alıb, ona görə də seçkilərin ikinci turuna ehtiyac qalmır. Onu sağ populist Avstriya Azadlıq Partiyasının namizədi Valter Rosenkrants (17,7%) və sol mərkəzçi Pivə Partiyasının lideri Dominik Vlatsnı (8,3%) izləyir.

Seçkinin nəticələrinə oktyabrın 24-dək Avstriya Konstitusiya Məhkəməsində etiraz edilə bilər.

Ümumilikdə 7 nəfər öz namizədliyini irəli sürüb ki, bu da Avstriya üçün rekord göstəricidir. Avstriyada prezident seçkiləri oktyabrın 9-da keçirilib, seçici fəallığı 65,2% təşkil edib.

Qeyd edək ki, Avstriyada 6,3 milyondan çox insan səsvermə hüququna malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.