Dünya

Amerikalı repçi ÖLDÜRÜLDÜ - FOTO

13 Oktyabr 2022 23:42
Baxış: 1 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"PnB Rock" ləqəbi ilə tanınan amerikalı repçi Rakim Allen Los-Ancelesdəki restoranların birində baş verən oğurluq hadisəsi zamanı öldürülüb.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, restorana silahla basqın edən şəxs ifaçını hədələyib. Eyni zamanda, quldurun məqsədi "PnB Rock"un zinət əşyaları olub.  

Nəticədə naməlum şəxs repçini gülləliyərək yan qapıdan içəri keçib. Daha sonra o, avtomobili ilə dayanacaqdan çıxıb.  

İfaçı güllə yarası ilə xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qeyd edək ki, "PnB Rock" 2015-ci ildə məşhurlaşıb. Billboard jurnalı tərəfindən nəşr olunan ABŞ-da yüz ən məşhur trek siyahısında 51-ci yeri tutan "Eqoist" mahnısı ona şöhrət gətirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.