Qazaxıstanın cənub-şərqindəki Almatı vilayətində yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Almatı vilayətinin Yenbekşikazax rayonunda "Mercedes" və "Subaru" markalı avtomobillərin iştirakı ilə qeydə alınan qəza nəticəsində 6 nəfər ölüb.
Ölənlərin hamısı "Mercedes" markalı avtomobildə olub, onlardan 4-ü azyaşlıdır. Daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı ibtidai istintaqa başlanılıb.
Milli.Az