Dünya

23 yaşlı qız 19 yaşlı hamilə bacısını bıçaqlayaraq öldürüb

13 Oktyabr 2022 14:53
Baxış: 1 968
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Yakutiyada məhkəmə 23 yaşlı yerli sakinə qarşı 19 yaşlı hamilə bacının qətli ilə bağlı işə baxacaq.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin respublika idarəsinin rəsmi nümayəndəsi Nadejda Dvoretskaya məlumat verib.

Məlumata görə, iyunun 28-də qız bacısı ilə mübahisə edib, onlar dalaşmağa başlayıblar. Daha sonra sərxoş təqsirləndirilən şəxs bıçağı götürərək qohumunu bıçaqlayıb. Mərhum hamiləliyinin beşinci ayında idi və rusiyalı qadın bundan xəbərdar olub.

Fakta görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi ("Qətl") ilə iş başlanıb. Qatil öz günahını tamamilə etiraf edib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.