Dünya

Rusiya ərazisi planetin qalan hissəsindən 2,5 dəfə daha sürətlə istiləşir

11 Oktyabr 2022 18:12
Baxış: 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qlobal istiləşmə ən çox Rusiyada özünü göstərir. Ölkə ərazisi bütün planetlə müqayisədə 2,5 dəfə daha sürətlə istiləşir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi mətbuat konfransında Ümumdünya Meteorologiya Təşkilatının məlumatlarına istinadən Roshidrometin rəhbəri İqor Şumakov bildirib.

O qeyd edib ki, ölkə ərazisində hər onillik əvvəlkindən daha isti keçir.

Şumakovun sözlərinə görə, ən sürətli temperatur artımı ölkənin şimal qütb regionunda baş verir. Arktikada dəniz buzlaqlarının sahəsi azalır, daimi donmuş torpaqlar isinir. Nəticədə təhlükəli hava hadisələrinin statistikası artır.

Roshidrometin rəhbəri qeyd edib ki, müşahidə olunan iqlim dəyişikliyinin daha da pisləşməsi ehtimalı yüksəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.