Dünya

Putin Ukraynanı hədələdi: Kiyev özünü ən təhlükəli...

10 Oktyabr 2022 14:38
Baxış: 2 381
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiyev rejiminin cinayətlərini cavabsız qoymaq mümkün deyil.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi müşavirədə bildirib.

Krım körpüsünün partladılması ilə bağlı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin məruzəsi üzrə danışan Rusiya Prezidenti vurğulayıb ki, Kiyev özünü ən təhlükəli terrorçu qruplarla bir cərgəyə qoyub.

Putin bu gün səhər Ukraynanın şəhərlərinə endirilən raket zərbələri barədə də danışıb.

"Səhər yüksək dəqiqlikli silahlarla Ukraynanın enerji, hərbi və rabitə infrastrukturlarına kütləvi zərbələr endirilib. Ukrayna terror aktlarını Rusiya ərazisində davam edəcəyi halda bizim cavabımız sərt və öz miqyasına görə həmin təhdid səviyyəsinə müvafiq olacaq", - Putin qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.