Dünya

Nobel sülh mükafatının qalibləri məlum oldu

7 Oktyabr 2022 13:09
Baxış: 1 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Norveçin paytaxtı Osloda 2022-ci il Sülh üzrə Nobel mükafatının qaliblərinin adı açıqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, qalibin elan olunma mərasimi Norveç Nobel İnstitutunda keçirilib.

2022-ci il Sülh üzrə Nobel mükafatının qalibləri bir şəxs iki təşkilat olub. Belə ki, Nobel sülh mükafatı belarus hüquq müdafiəçisi Ales Bialiatskiyə, Rusiyanın "Memerorial" insan hüquqları təşkilatına və Ukraynanın "Centre for Civil Liberties" təşkilatına verilib.

Qeyd edək ki, mükafatın ötənilki qalibləri filippinli və rusiyalı jurnalistlər Maria Ressaya və Dmitri Muratov olub. Onlar "Demokratiya və davamlı sülh üçün əsas şərt olan ifadə azadlığını qorunması sahəsində səylərinə görə" bu mükafata layiq görülüblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.