Dünya

67 il həbs cəzası alan kişi qeyri-adi səbəbə görə azadlığa çıxdı

5 Oktyabr 2022 17:32
Baxış: 1 756
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyada keçmiş həbsxana işçisi arvadı onun xəyanətindən xəbər tutduqdan sonra qadını öldürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, 2014-cü ildə Aleksandr Klak körpəsinin 17 yaşlı dayəsi ilə yaxın münasibətdə olduğunu öyrənən arvadını döyərək boğub öldürüb. Qadın kişini ondan ayrılmaqla hədələyib. Qəzəbli kişi 2 yaşlı qızının gözü qarşısında həyat yoldaşına hücum edib.

Qatil arvadının cəsədini çamadana qoyub və onu Qrenadanın Müqəddəs Corc şəhərinin kənarında basdırıb. Hüquq-mühafizə orqanları cinayətin üstünü açdıqda Aleksandr 67 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun işi məhkəmənin stenoqramının olduğu kompüterlə birlikdə itirilib və məhkəmə britaniyalını azadlığa buraxmalı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.