Dünya

Ağ ev Baydenin ikinci müddətə namizəd olmaq planlarını təsdiqləyib

5 Oktyabr 2022 07:55
Baxış: 970
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Prezidenti Cozef Bayden 2024-cü ildə prezident seçkilərində iştirak edəcək.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı bildirib.

C.Bayden prezident seçkilərində iştirak etmək niyyətini amerikalı fəal, afroamerikalı vətəndaş hüquqları müdafiəçisi, keşiş El Şarptona açıqlayıb. Prezidentin bu bəyanatı təkbətək söhbətində səsləndirilib.

"Prezident özü 2024-cü ildə namizədliyini irəli sürmək niyyətində olduğunu qeyd edib", - Jan-Pyer bildirib.

Mətbuat katibi icra orqanları əməkdaşlarının siyasi fəaliyyətlə məşğul olmasını qadağan edən Hetç Aktı səbəbindən 2024-cü il seçkiləri haqqında çox danışa bilməyəcəyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.