Dünya

İsveçrə buzlaqları əriyir: Vəziyyətin daha da pisləşəcəyi bildirildi

29 Sentyabr 2022 19:56
Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrə buzlaqları bu il quru qış və bir neçə yay isti dalğası səbəbindən ümumi həcminin 6%-ni itirib.

Bununla da buzlaqların əriməsi üzrə öncəki rekordlar üstələnib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İsveçrə Elmlər Akademiyasının Kriosfer Komissiyasının araşdırması nəticəsində buzlaqların dramatik dərəcədə əriməsi müəyyən olunub. Vəziyyətin daha da pisləşəcəyi qeyd edilir.

"2022-ci il İsveçrə buzlaqları üçün fəlakətli il oldu: buzların əriməsi üzrə bütün rekordlar qırıldı", - deyə komissiyadan bildirilib. Vurğulanıb ki, 12 ayda 2% itki əvvəllər ekstremal hal hesab edilib.

Məlumata görə, üç kub kilometr buz buz əriyib ki, bu da üç trilyon litr su deməkdir.

İsveçrədəki Buzlaqların Monitorinqinin rəhbəri, professor Mattias Quss bildirib ki, qısa müddətdə əriməni yavaşlatmaq mümkün deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.