Dünya

Gey-parad Belqradda toqquşmalarla nəticələnib - VİDEO

18 Sentyabr 2022 12:07
Baxış: 1 024
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Serbiyanın paytaxtı Belqradda gey-paradın iştirakçıları ilə tədbirin keçirilməsinə etiraz edən serblər arasında toqquşma baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, toqquşmalar qısa müddət ərzində iğtişaşlara çevrilib.

Hadisəyə hüquq-mühafizə orqanlarının əməkdaşlarına müdaxilə etməli olub.

İğtişaşlar nəticəsində maşınlara, iaşə obyektlərinə, reklam lövhələrinə zərər dəyib.

Çoxlu sayda saxlanılanların olduğu bildirilir.

Qeyd edək ki, Serbiya hökuməti iğtişaşların olacağından ehtiyat edərək bir neçə gün əvvəl bəyanatla çıxış edərək gey-paradın keçirilməsini qadağan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.