Dünya

Müharibəyə görə 3 məmur İnterpola verildi

16 Sentyabr 2022 19:24
Baxış: 1 148
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Cinayət Məhkəməsi 2008-ci il Rusiya-Gürcüstan müharibəsinə görə 3 nəfər barəsində axtarış elan edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, həmin 3 nəfər, Cənubi Osetiyalı 46 yaşlı Hamlet Quçmazov, Şimali Osetiyadan olan 66 yaşlı Mixail Mindzayev və Tsxinvalidən olan 45 yaşlı David Sanakoevdir. H. Quçmazov 2008-ci ildə istintaq təcridxanasının rəisi olub. Sanakoev isə həmin ildə faktiki prezidentin insan hüquqları üzrə müvəkkili vəzifəsində çalışıb.

Hər üç şəxs 2008-ci il müharibəsində cinayətlər törətməkdə ittiham olunurlar. Belə ki, onlar qanunsuz həbslər, girov götürmə, işgəncə, əsirlərlə qeyri-insani rəftar, şəxsi ləyaqətə qarşı təhqirlər və s cinayətlrədə təqsirli bilinirlər.

Onların saxlanılması üçün Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən qırmızı bülletenlə axtarış elan olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.