Dünya

Sui-qəsddən xilas olmuşdu, yenə təhdid edilir

14 Sentyabr 2022 14:56
Baxış: 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Argentinanın vitse-prezidenti Kristina Kirşner sui-qəsd cəhdindən sonra yeni ölüm təhdidləri alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iddialara görə, hadisədən az qala dərhal sonra naməlum qadın La Plata şəhərinin təcili xidmətlərinə zəng edərək Kirşneri öldürmək planlarından danışıb. Bu məlumatı təhlükəsizlik naziri Anibal Fernandes təsdiqləyib.

Hazırda vitse-prezidentin müdafiəsi gücləndirilib.

Qeyd edək ki, sentyabrın 1-də silahlı şəxs Kirşneri öldürməyə cəhd edib. Hücum edən şəxs və onun iki şəriki polis tərəfindən saxlanılıb. Siyasətçinin özü isə xəsarət almayıb. Hadisə Kirşnerin Buenos-Ayresdəki evinin qarşısında tərəfdarları ilə görüşərkən baş verib. Həmin şəxs silahı vitse-prezidentin üzünə doğrultsa da, atəş açmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.