Dünya

Uill Smitin üzrxahlıq videosuna cavab gəldi

8 Sentyabr 2022 20:24
Baxış: 503
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı komediya ustası Kris Rok 2022-ci il "Oskar" mükafatı mərasimi zamanı ona şillə vuran Uill Smitin üzrxahlıq videosuna ilk dəfə ictimaiyyət qarşısında cavab verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Rok Londonda çıxışı zamanı videonu şərh edib.

"Cəhənnəm olsun üzrxahlığı videosu ilə birlikdə... O,  Məhəmməd Əlini oynayıb, mən isə heç Floyd Mayvezer də deyiləm", - deyə Rok bildirib.

Krisin dediyinə görə, onun Smitin həyat yoldaşı haqqındakı zarafatı indiyədək söylədiklərinin "ən şirini" olub.

Qeyd edək ki, martın sonunda, "Oskar" mərasimi zamanı tədbirin aparıcısı olan Rok Smitin həyat yoldaşı haqqında uğursuz zarafat edib. O, xəstəlikdən əziyyət çəkən aktyorun həyat yoldaşının qısa saç düzümünə diqqət çəkib. Buna cavab olaraq Smit səhnəyə çıxaraq aparıcıya şillə vurub.

İyulun sonunda isə aktyor Rokdan üzr istəmək üçün altı dəqiqəlik video mesaj paylaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.