Dünya

Müharibənin altı ayında Rusiya yanacaq ixracından 158 mlrd avro qazanıb

6 Sentyabr 2022 14:37
Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müharibənin altı ayı ərzində Rusiya yanacaq ixracından 158 milyard avro qazanıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə müstəqil beynəlxalq təşkilat olan Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzi (CREA) məlumat yayıb.

Bildirilib ki, qazancın 54 %-i və ya təxminən 85 milyard avrosu Avropa İttifaqı ölkələrinin payına düşür. Bu baxımdan Rusiyaya ən çox xeyir verən ölkələr Çin (12,6 mlrd), Almaniya (12,2 mlrd), İtaliya (7,9 mlrd), Niderland (7,8 mlrd) və Türkiyədir (6,8 mlrd).

Hesablama fevralın 24-dən avqustun 24-dək olan dövrü əhatə edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.