Dünya

İsveçin Baş naziri ölkədə maliyyə böhranı riski barədə xəbərdarlıq edib

4 Sentyabr 2022 15:22
Baxış: 586
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropada artan enerji problemləri fonunda İsveç ağır maliyyə böhranı ilə üzləşmək riski daşıyır.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Krallığın Baş naziri Maqdalena Anderson jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

Onun sözlərinə görə, əgər İsveç hökuməti fəaliyyətsizliyini davam etdirsə, onda ölkə qısa müddət ərzində son bir neçə ilin ən güclü maliyyə böhranı ilə üzləşə bilər.

"Ən pis halda, biz maliyyə böhranına düşə bilərik", - o deyib.

Bundan əlavə, hökumət başçısı vurğulayıb ki, İsveç hakimiyyəti Avropa qitəsində enerji böhranı fonunda ölkənin öz təsərrüfatlarını dəstəksiz qoymayacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.