Dünya

Kuryer müştəriyə görə ən hündür dağa qalxdı

30 Avqust 2022 18:04
Baxış: 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada pizza kuryeri ac turistə sifariş çatdırmaq üçün Fuji dağının zirvəsinə çıxıb.

Milli.Az bildirir ki, bu haqda "World of Buzz" xəbər verib.

Yaponiyanın ən yüksək dağında pizza kuryerinin şəkli Twitter-də sürətlə yayılıb. Sonradan məlum olub ki, müştəri xatirinə kuryer beş saata yaxın ölkənin müqəddəs dağına qalxıb və səhər saat 7:38-də səfərinə başlayıb. Həmin şəxs isti paltar geyinib.

Həmçinin məlum olub ki, pizza turistə 3776 yen (27 dollar), çatdırılma dəyəri isə 40 min yen (290 dollar) olub. Paylaşım altındakı şərhlərdə istifadəçilər kuryerin işinə sadiqliyini tərifləyiblər. Onlar həmçinin kuryerin ac müştəridən səxavətli bir bəxşiş alacağına ümid etdiklərini bildiriblər.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.