Dünya

Mənzildə bağlı qalan 3 yaşlı xilasedicilərin diqqətini görün necə çəkdi

26 Avqust 2022 17:16
Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada Ulan-Udedə Smolin küçəsindəki yaşayış binasında bir sutkalıq qapalı qalan üç yaşlı uşaq xilasedicilərin diqqətini cəlb etməyin yolunu tapıb - azyaşlı eyvandan əşyalar atmağa başlayıb.

Milli.Az bildirir ki, bu barədə "Babr Mash" Telegram kanalında məlumat verilib.

Nəşrin məlumatına görə, hadisə şahidləri uşağın qeyri-adi davranışı barədə məlumat veriblər. Hadisə yerinə gələn təcili xidmət əməkdaşları mənzilin qapısından içəri keçə bilməyiblər. Uşağa kömək etmək üçün onlar səyyar nərdivandan istifadə etməli olublar.

Xilasedicilər içəri girəndə mənzilin bərbad vəziyyətdə olduğunu görüblər. Bundan əlavə, uşaq çox ac olduğundan xilasedicilərə şikayət edib.

Bir müddət sonra uşağın anası qayıdıb. İndi polis onun hərəkətinin səbəblərini araşdırmağa başlayıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.