Dünya

Daha bir ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

21 Avqust 2022 18:30
0 Şərh     Baxış: 846
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kuba həkimləri meymunçiçəyinə ilk yoluxma halı qeydə alıblar.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, yoluxmuş şəxs avqustun 15-də İtaliyadan ölkəyə gələn turistdir. İki gün sonra onda infeksiya əlamətləri yaranıb və bu, testlərlə təsdiqlənib. Xəstənin vəziyyəti ağırdır.

Meymunçiçəyi nadir virus xəstəliyidir, əsasən vəhşi heyvanlardan insanlara ötürülür. Onun əlamətləri hərarət, başağrısı, əzələ və bel ağrısı, titrəmə və yorğunluq daxildir. Dəri səpkiləri üzdə və bədənin digər hissələrində də yaranır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.