Dünya

Xarkova hücum zamanı ölənlərin sayı 17 nəfərə çatıb

19 Avqust 2022 08:38
0 Şərh     Baxış: 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Xarkov şəhərinin Saltovski rayonunda yataqxanaya raket hücumu nəticəsində ölənlərin sayı 13 yaşlı yeniyetmə də daxil olmaqla 17 nəfərə çatıb.

Hücum zamanı daha 42 nəfər yaralanıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "RBC-Ukraina" Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən xəbər verib.

"Gün ərzində xilasedicilər dağılmış evləri sökdülər. Təəssüf ki, dağıntılar altından daha 7 nəfərin meyiti çıxarılıb", - o deyib.

Beləliklə, Oleq Sinequbovun sözlərinə görə, indiyədək Xarkovda 2009-cu il təvəllüdlü oğlan da daxil olmaqla ümumilikdə 17 nəfər ölüb, 42 nəfər xəsarət alıb.

Şəhər avqustun 18-də atəşə tutulub. Ukrayna Prezidenti Volodimir Zelenski öz növbəsində bildirib ki, Xarkovun Rusiya hərbçiləri tərəfindən atəşə tutulması dinc əhaliyə qarşı alçaq, kinli zərbədir, bunun heç bir əsası yoxdur və təcavüzkarın acizliyini nümayiş etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.