Dünya

Ukrayna ordusu bu ərazini azad edib

27 İyul 2022 08:40
0 Şərh     Baxış: 1 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna ordusu Rusiyanın dayaq məntəqələrinə zərbə endirərək Zaporojye əyalətinin şəhər tipli qəsəbəsi Andreyevkanı azad ediblər.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Cənub" Operativ Komandanlığı məlumat yayıb.

"Aviasiyamız qırıcılardan, bombardmançılardan və helikopterlərdən istifadə etməklə düşmənə 4 zərbə endirib. Düşmənin Andreyevka, Beloqorka və Blaqodatnıy ərazilərindəki 4 dayaq məntəqəsi vurulub. Beləliklə, Andreyevka azad edilib və nəhayət Rusiya qoşunlarından təmizlənib. Qoşunlarımız bir neçə gün əvvəl Lozovoyedə olduğu kimi öz mövqelərini etibarlı şəkildə gücləndiriblər", - komandanlığın feysbukdakı səhifəsində yerləşdirilən xəbərində deyilir.

Qeyd olunur ki, Rusiya ordusu gün ərzində Bruskinskoye - Beloqorka istiqamətində əks-hücuma keçərək, itirilmiş mövqeləri bərpa etməyə çalışsa da, buna nail ola bilməyib.

Rusiya hərbi hava qüvvələrinin təyyarələri qarşı tərəfin mövqelərinə 4 zərbə endirib, lakin Ukrayna hərbçiləri arasında itki yoxdur.

Əməliyyat zamanı Rusiya ordusunun 89 hərbçisi öldürülüb, anbarı və xeyli sayda texnikası sıradan çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.