Dünya

Çay paketlərində yüzlərlə həşəratın DNT-si aşkarlandı

26 İyul 2022 15:20
0 Şərh     Baxış: 1 281
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Trir Universitetinin genetikləri çay paketlərində həşərat qalıqları aşkar ediblər. Alimlərin işi "Biology Letters" jurnalında dərc olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, alimlər çayın qara, yaşıl, nanə və çobanyastığı da daxil olmaqla bir neçə növünü tədqiq ediblər. Genetiklər xüsusi DNT analizindən istifadə edərək çay paketlərindəki yarpaqlarda yad DNT-nin ən kiçik qalıqlarının olub-olmadığını yoxlayıblar. Ümumilikdə təcrübə zamanı 1200-dən çox buğumayaqlının izləri müəyyən edilib.

Məsələn, nanə çayında ABŞ-ın Sakit okean şimal-qərb bölgəsindən həşərat DNT-si, yaşıl çayda isə Şərqi Asiyadan olan buğumayaqlıların DNT-si tapılıb.

Alimlərin fikrincə, həşərat DNT-si çay yarpağının yalnız 0,1%-ni təşkil edir, digər 99,9%-i isə bitki DNT-sidir. Alimlərin fikrincə, çayda həşərat qalıqlarının olması yarpaqlarda pestisidlərin olmamasından xəbər verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.