Dünya

"Rusiya Ukraynanın ikinci ən böyük elektrik stansiyasına yaxınlaşır" - Britaniya kəşfiyyatı

21 İyul 2022 10:22
0 Şərh     Baxış: 1 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya və separatçı qüvvələr Donbasdakı cəbhə xətti boyunca kiçik miqyaslı hücumlara cəhd etməkdə davam edir. Rusiya qüvvələri, ehtimal ki, Donetskdən 50 km şimal-şərqdə yerləşən Vuhlehirskdakı Ukraynanın ikinci ən böyük elektrik stansiyasına yaxınlaşır".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Məlumata görə, Rusiya mühüm obyekt olan elektrik stansiyasını ələ keçirməyə üstünlük verir: "Həmçinin Kramatorsk və Slovyansk kimi mühüm şəhərlərə doğru sürətli irəliləyişi təmin etməkdən ötrü Vuhlehirskin ələ keçirilməsi planlaşdırılır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.