Dünya

Putinlə Ərdoğan Tehranda “taxıl məsələsi”ni müzakirə etdi

19 İyul 2022 22:00
0 Şərh     Baxış: 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin Tehranda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, görüş zamanı prezidentlər Ukraynadakı vəziyyəti, eləcə də Ukrayna taxılının ixracı məsələsini müzakirə ediblər.

Həmçinin liderlər Rusiya-Türkiyə əməkdaşlığının əsas məsələlərini, ticarət sahədə flaqman layihələrin həyata keçirilməsini də müzakirə ediblər.

Qeyd edək ki, Putin Ərdoğanla görüşdən əvvəl İran Prezidenti İbrahim Rəisi və ölkənin Ali rəhbəri Əli Xamenei ilə də görüşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.