Dünya

Hərəkətsiz uzanan 54 yaşlı kişi istirahət edənlərin diqqətini çəkib, yoxlayandan sonra...

19 İyul 2022 14:37
0 Şərh     Baxış: 1 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyalı turistin cəsədi, Avropa kurortunda istirahət edənlərin yanında saatlarla qalıb.

Milli.Az bildirir ki, bu barədə LBC yazır.

Hadisə şənbə günü, iyulun 16-da Yunanıstanın Krit adasındakı Stalida çimərliyində baş verib. Axşam saatlarında günəş altında hərəkətsiz uzanan 54 yaşlı kişi istirahət edənlərin diqqətini çəkib. Diqqətlə yoxlayandan sonra onlar turistin nəfəs almadığını başa düşüblər - ona süni nəfəs edildi, sonra isə turist Heraklion xəstəxanasına aparıldı.

Tibb müəssisəsində britaniyalının ölümü elan edildi. Britaniya Xarici İşlər Nazirliyi turistin ölümünü təsdiqləyib, lakin hər hansı təfərrüat verməkdən imtina edib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.