Dünya

Argentinada rekord inflyasiya gözlənilir

9 İyul 2022 08:30
0 Şərh     Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentinada 2022-ci ildə inflyasiya son əsrin ən yüksək göstəricisinə - 76%-ə çatacaq. Bu da Venesueladan sonra regionda ən yüksək göstəricidir.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Argentina Mərkəzi Bankının ekspertlər arasında keçirdiyi sorğunun nəticələri göstərir.

"Bazar analitikləri cari il üçün inflyasiyanı 76% səviyyəsində proqnozlaşdırırlar", - Mərkəzi Bankın hesabatında deyilir.

Xatırladaq ki, 2021-ci ildə Argentinada inflyasiya 50,9%-ə çatıb. Bu da Latın Amerikası ölkələri arasında ən yüksək göstəricilərdən biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.