Dünya

“Meşəni yandırmağa görə ölüm cəzası olmalıdır” - Ərdoğan

24 İyun 2022 23:25
0 Şərh     Baxış: 996
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əgər cəza çəkindiricidirsə, meşəni yandırmağa görə ölüm cəzası olmalıdır".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarından danışarkən deyib.

"Bu, çəkindirici cəzadır və mən deyirəm, bunun sonu hara gedir? Edama...Edam olmalıdır... Sultan Fateh nə deyirdi? "Meşələrdən bir ağac kəsənin boynunu vuraram". Bu iş o dərəcədə vacibdir. Bütün meşələr yanır, meşələrlə yanaşı, heyvanlar da yanır. Bunu müzakirə etmək lazımdır və biz bunun üzərində dayanmalıyıq", - deyə Ərdoğan qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.