Dünya

Meymunçiçəyi bu ölkəyə də çatdı

23 İyun 2022 22:36
0 Şərh     Baxış: 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Afrika Respublikasında meymunçiçəyinə ilk yoluxma halı aşkarlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Cənubi Afrikanın səhiyyə naziri Co Phaahla açıqlama verib.

Nazir virusun aşkarlandığı 30 yaşlı xəstənin Milli Yoluxucu Xəstəliklər İnstitutu (NICD) tərəfindən müşahidə altında olduğunu qeyd edib.

Meymunçiçəyinin dəridə qabarcıq şəklində özünü göstərən, adətən yüngül gedişatlı və 1 faiz ölüm nisbətinə malik bir xəstəlik olduğunu ifadə edən nazir bu xəstəliyin daha əvvəl Afrika və Qərb ölkələrində də müşahidə edildiyini xatırladıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.