Əfqanıstanın keçmiş prezidenti Hafizullah Amini iqamətgahına basqın zamanı şəxsən məhv edən Rusiyanın "Alfa" xüsusi təyinatlılarının üzvü Aleksandr Plyusnin 73 yaşında ölüb.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, o, sambo üzrə SSRİ DTK-nın dəfələrlə çempionu olub.
Aleksandr Plyusnin 27 dekabr 1979-cu ildə həyata keçirilən "Fırtına-333" (Əfqanıstan diktatorunun Kabilin kənarındakı sarayına hücum) və "Baykal-79" (Kabildəki strateji obyektlərin ələ keçirilməsi) əməliyyatlarında fəal iştirak edib.
Məhz həmin əməliyyat zamanı Hafizullah Amin öldürülmüşdü.
Milli.Az