Türkiyənin Balıkəsir vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Dursunbəy-Kepsüt yolunun 35-ci kilometrində mikroavtobusla yük avtomobili toqquşub.
Qəza nəticəsində azı səkkiz nəfər ölüb, on nəfər yaralanıb.
Məlumata görə, altı nəfər hadisə yerində, daha iki nəfər xəstəxanada dünyasını dəyişib. Digər yaralıların xəstəxanada müalicəsi davam etdirilir.
Milli.Az