Ukrayna aviasiyası Xerson vilayətinin beş yaşayış məntəqəsində düşmənin dayaq məntəqələrinə və toplanış yerlərinə zərbələr endirib.
Milli.Az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.
"Bizim təyyarələrimiz Xerson vilayətinin beş müxtəlif yaşayış məntəqəsi ərazilərindəki istehkamlara, texnika və canlı qüvvənin toplandığı yerlərə, düşmənin səhra anbarlarına silsilə zərbələr endirib", - məlumatda deyilir.
Məlumatda qeyd edilir ki, ötən sutka ərzində Ukraynanın Donetsk və Luqansk istiqamətlərində müdafiəçiləri düşmənin yeddi hücumunu dəf edib, on tankı, yeddi artilleriya sistemini, dörd zirehli döyüş maşını, üç xüsusi zirehli maşını, dörd maşını və bir düşmənin sursat anbarını məhv ediblər. Hava Hücumundan Müdafiə bölmələri Orlan-10 tipli beş pilotsuz uçuş aparatını vurub.
Aslan Məmmədov
Milli.Az