Dünya

NATO və G7 Ukraynanı dəstəkləmək üçün...

9 İyun 2022 08:43
0 Şərh     Baxış: 617
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ NATO-nun, eləcə də G7 ölkələrinin birliyinə və Rusiyanın təcavüzünə qarşı qətiyyətlə müqavimət göstərməyə həmçinin Ukraynanı dəstəkləməyə hazır olduğuna əmindir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

"Parçalanmalar və ya birliyin olmaması ilə bağlı fikirlər, əslində gördüklərimizin qarşısında yalanlanır",- deyə Sallivan bildirib.

Onun sözlərinə görə, nədənsə mətbuat Qərb ölkələrinin dayanıqlılığında bir enişi fərz etməyə meyllidir.

Bununla əlaqədar olaraq o xatırladıb ki, təkcə ABŞ deyil, həm də Avropa ölkələri hər gün müdafiə yardımı ilə bağlı yeni bəyannamələr verirlər.

Avropa İttifaqı bu yaxınlarda enerji sektoru da daxil olmaqla, Rusiyaya qarşı yeni geniş əhatəli sanksiyalar paketi təqdim edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.