Dünya

Bu vilayətlər 100 % Rusiyaya birləşəcək - Aksyonov

8 İyun 2022 13:30
1 Şərh     Baxış: 1 563
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Xerson və Zaporojye vilayətləri 100 faiz Rusiyanın subyektləri olacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Krım rəhbəri Sergey Aksyonov deyib.

"Mən liderimizin (Vladimir Putin nəzərdə tutulur - red.) mövqeyini bilirəm. Əgər prezident Ukrayna "millətçiləri" tərəfindən zorakılığa məruz qalanları dəstəkləmək və qorumaq qərarına gəlsə, o zaman Rusiya getməyəcək, heç kim insanları tərk etməyəcək. Rusiya özününküləri tərk etmir. Yüz faiz, bunlar Rusiyanın subyektləri olacaq. Onlar hansı formatda olacaq, necə olacaq - liderimiz müəyyən edəcək. Liderimizdə bütün geosiyasi məlumatların həcmi tam şəkildə var. O, müxtəlif mənbələrdən məlumat alır, ona görə də yalnız onun bu məsələyə son qoymaq hüququ var", - deyə Aksyonov bildirib.

Qeyd edək ki, ötən gün "İzvestiya" qəzeti öz mənbələrinə istinadla gələcək Rusiya-Ukrayna sülh danışıqlarında Kremlin Zaporojye və Xerson vilayətlərinin, eləcə də Donbas və Krımın statusunu müzakirə etmək niyyətində olmadığını yazmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.